Qonaq mühazirəçilər

Qonaq mühazirəçi nədir və tələbələr/qonaqlar bundan necə faydalanır?

Sinif daxili dərslər nəzəri biliklərə yiyələnməyə, laboratoriyalar isə bu bilikləri tətbiq etməyə imkan verir. Qonaq mühazirəçilər isə öyrənilən mövzular barədə dünya miqyasında nələrin baş verdiyini başa düşməyə yardım edirlər. Bu həmçinin tələbələrə maraqlandıqları sənayelərin ən öndə gedən simaları ilə tanış olmaq, geniş əlaqələr şəbəkəsi qurmaq imkanı verir. Bəzən tanış olduqları yüksək profilli şəxslər tələbələrə öz həyat təcrübələri əsasında dəyərli məsləhətlər verirlər ki, bu da onlara karyeralarını doğru qurmağa imkan verir.

Qonaq mühazirəçilərin əsas missiyası məlumatlandırmaq, ruhlandırmaq, debatların yaranmasına təkan vermək və tənqidi düşüncə tərzini gücləndirməkdən ibarətdir. Bizim mühazirəçilərimiz öz sferalarında qlobal liderlər, fikir formalaşdıran şəxslərdir ki, onlar həmişə müzakirə olunan mövzulara fərqli baxışlar təqdim edə bilirlər.

UFAZ-da təşkil olunmuş mühazirələr tələbələrə ən çox müzakirə olunmuş mövzular barəsində bu sahədə ekspert olan şəxslərlə dialoqlar qurmağa və tənqidi düşüncəni stimullaşdırmağa kömək edir.

Bizim əksər mühazirə tədbirlərimiz öncədən qeydiyyat əsasında ictimaiyyətə açıqdır.

Qonaq mühazirəçi qismində iştirak etmək istəyən şəxslər də bizimlə aşağıdakı elektron ünvan vasitəsilə əlaqə saxlaya bilərlər: info@ufaz.az