Tədqiqat departamentinin strukturu
UFAZ Tədqiqat Departamentinin hazırkı strukturu
- Tədqiqat Şurası: əsas strateji və müzakirə orqanı
- Fransadan dəvət olunmuş müəllimlər və ADNSU-nun yerli müəllimləri tərəfindən tədqiqatın koordinasiyası: icra və koordinasiya rolu.
Tədqiqat Şurası:
UFAZ TŞ UFAZ-ın tədqiqat fəaliyyətinə nəzarət edən və onun strateji prioritet istiqamətlərini müəyyən edən məsləhətçi orqandır. O, öz müzakirələrini ADNSU-nun rektoru və Unistra prezidenti tərəfindən təsdiqləndikdən sonra UFAZ-ın rəhbər komitəsinin təsdiqinə təqdim edir.
- TŞ-a UFAZ-ın hər iki tərəfdaşı, yəni ADNSU və Unistranın nümayəndələri həmsədrlik edir: Unistra-nın elmi işlər üzrə vitse-prezidenti və ADNSU-nun elmi işlər üzrə prorektoru.
- Vəzifəsi üzrə üzvlər: UFAZ-ın direktoru; UFAZ-ın baş katibi; UFAZ-ın Unistra üzrə koordinatoru.
- Elmi şura UFAZ-ın elmi sahələrində (geniş mənada, məsələn, informatika, kimya, yer elmləri) fəal alim kimi tanınan ingilisdilli üzvlərdən ibarətdir: ADNSU-nun rektoru tərəfindən təyin edilən 3 üzvü; Unistra Prezidenti tərəfindən təyin edilən 3 üzvü: UFAZ-ın elmi məsləhətçiləri.
Təyin edilmiş üzvlərin ümumi sayı 12-dən çox olmamalıdır.
TŞ məsləhətçi rola malikdir və UFAZ rəhbərliyi tərəfindən ildə ən azı iki dəfə çağırılır.
Əsasən UFAZ-ın elmi strategiyasını müzakirə edir və Rəhbər Komitənin müəyyənləşdirdiyi strategiyaya uyğun əməliyyat və avadanlıq büdcəsini təklif edir.
TŞ aşağıdakı məsələlər üzrə məsləhətlər verir:
- Elmi strategiya: Tədqiqat proqramı və koordinasiya, komandaların tərkibi; laboratoriya ilə bağlı tədqiqat müqavilələri siyasəti; laboratoriyanın texnologiya transferi siyasəti və elmi məlumatların yayılması.
- Resursların idarə edilməsi: Tələb olunacaq büdcə və onun komandalar arasında bölüşdürülməsi; tələb olunan insan resursları, tədqiqat vasitəsilə təlim siyasəti; binaların və avadanlıqların bölüşdürülməsi, habelə onlardan istifadə üsulları.
UFAZ-ın elmi məsləhətçisi:
UFAZ-ın müəyyən etdiyi elmi sahədə tanınmış mütəxəssis kimi UFAZ-da aparılan elmi-tədqiqat işlərinə nəzarət edir, davam edən və yeni elmi-tədqiqat işlərinin daha da inkişafına öz töhfəsini verir.