ADNSU tələbə transferi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) 2023/2024-cü tədris ilində aşağıda qeyd olunmuş ixtisaslar üzrə ödənişli əsaslarla ADNSU tələbələrinin köçürülməsi ilə bağlı sənəd qəbulu elan edir.

- Kimya mühəndisliyi

- Geofizika mühəndisliyi

- Kompüter elmləri

- Neft-qaz mühəndisliyi

Qəbul yerlərinin sayı boş yerlərə əsasən müəyyən olunur.

Universitetin birinci və ikinci tədris ilində ödənişli əsaslarla təhsil almaq istəyən ADNSU tələbələri UFAZ qəbuluna müraciət edərkən:

  1. Aşağıdakı PDF formasını yükləməli
  2. Tələb olunan forma və sənədləri admissions@ufaz.az elektron ünvanına göndərməlidirlər.

Seçim prosesi

Qeydiyyat mərhələsini uğurla tamamlamış namizədlər ingilis dilində test suallarından ibarət imtahanda iştirak etmək hüququ qazanacaqlar. Test sualları tamamilə elmi biliklərə əsaslanır.

UFAZ-a qəbul imtahanından keçmiş tələbələr sentyabr ayının əvvəlində 15 dəqiqəlik fərdi müsahibədə iştirak etməlidirlər. Müsahibə üz üzə və ya video bağlantı vasitəsilə aparıla bilər.

*Müsabiqədə iştirak etmək üçün namizədlər imtahandan minimum 10/20 bal toplamalıdırlar.

Qeydiyyat bitir: İmtahan tarixi və müsahibə: Yekun təsdiq və qeydiyyat:
15/08/2024 Avqustun sonu 15/09/2024
Qeydiyyat, imtahan və məlumat üçün:

Nizami küç. 183, Bakı (Azərbaycan-Fransız Universiteti)

+(994) 12 599 00 72

E-mail: admissions@ufaz.az