Qəbul olunan tələbələr üçün tələb olunan sənədlərin siyahısı
Qeydiyyatınızı təsdiqləmək üçün aşağıdakı sənədləri UFAZ-ın əsas binasına gətirin:
- Tərcümeyi-Hal / əsli və bir nüsxəsi (azərbaycan dilində, əl yazısı)
- Şəxsiyyət vəsiqəsinin 4 nüsxəsi;
- Tibbi arayış və 2 nüsxəsi (şəkilli arayış, forma 086);
- Diplom və transkriptin əsli və ya surəti (diplomunu almayan tələbələr öz universitetlərindən imzalı və möhürlü arayış almalıdırlar);
- 3x4 ölçüdə 6 fotoşəkil;
- Şəxsi kabinetin iş nömrəsi və şifrəsi;
- Magistraturaya qəbul sənədinin surəti (DİM-dən, şəxsi kabinetdən);
- Məcburi köçkün, müharibə əlillərinin, valideyn himayəsindən məhrum olmuş uşaqların, şəhid ailələrindən olan uşaqların statusunu təsdiq edən sənədlərin surəti;
- Oğlanlar üçün hərbi sənədin 3 nüsxəsi