Magistratura proqramına qəbul

Azərbaycan-Fransız Universiteti (UFAZ) 2025/2026 tədris ili üçün beynəlxalq tələbələr* arasında aşağıdakı ixtisaslar üzrə qəbul elan edir:

  • Fiziki kimya və kimya mühəndisliyi (ödənişli əsaslarla)**
  • Data elmi və süni intellekt (ödənişli əsaslarla)**
  • Geosistemlər (ödənişli əsaslarla)**
  • Su ehtiyatlarının idarəedilməsi**

Hər bir ixtisas üzrə qəbul sayı mövcud yerlərə görə məhdud olacaq.
UFAZ-a ödənişli əsaslarla magistratura səviyyəsində müraciət etmək istəyən beynəlxalq tələbələr üçün:

  1. UFAZ qəbul PDF formasını buradan yükləyin. link
  2. Formanı və tələb olunan sənədləri admissions@ufaz.az elektron poçtuna göndərin.

*Beynəlxalq tələbələrə Azərbaycan vətəndaşı olmayan namizədlər daxildir.
**Təhsil haqqı 2025/2026 tədris ili üçün ildə 5000 ABŞ dolları müəyyən edilib.

Seçim prosesi

Müsahibəyə dəvət üçün tələb olunan sənədlər:
• CV
• Motivasiya məktubu
• Transkriptlər
• Tövsiyə məktubu
• IELTS 6.5 və ya TOEFL 80 sertifikatı

Seçimdən keçən namizədlər ilə əlaqə saxlanılacaq və onlara ingilis dilində onlayn fərdi müsahibə təklif olunacaq.
Hər bir müraciət Strasburq Universiteti və UFAZ mütəxəssisləri tərəfindən ayrı-ayrılıqda analiz ediləcək.


UFAZ beynəlxalq tələbələri Bakının mərkəzində yerləşən yeni UNIVERIUM tələbə yataqxanasının imkanlarından istifadə edə bilərlər.
Həmçinin, universitetin idarəsi tərəfindən miqrasiya məsələlərində dəstək göstəriləcək.

Yerində qeydiyyat və məsləhətlər üçün ünvan:

183 Nizami küç., Bakı (Azərbaycan-Fransız Universiteti)
+(994) 12 599 00 72
E-poçt: admissions@ufaz.az