Magistratura proqramına qəbul

UFAZ-a sənəd qəbulunun 1-ci və ya 2-ci mərhələsindən şərti qəbul almış namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi magistratura imtahanından 50-dən artıq bal toplayarsa (ingilis dili balı minimum 20 olarsa) UFAZ-ın magistratura proqramına qəbul ola bilər.

Təhsili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və Rus bölməsi) UFAZ-a qəbul zamanı minimum 6.5 bal IELTS / 80 bal TOEFL nəticəsi tələb olunur. Təhsili ingilis dilində olan namizədlər isə arayış təqdim etməlidirlər.

Magistratura proqramı üçün ümumilikdə 110 yer ayrılıb və bütün yerlər ödənişsizdir.

UFAZ-a sənəd qəbulu mərhələsində tələb olunan sənədlər:

  • Namizəd UFAZ tələbəsidirsə: CV / motivasiya məktubu/ transkript
  • Namizəd digər universitetin tələbəsidirsə: CV/ motivasiya məktubu/ transkript/ tövsiyə məktubu/ IELTS 6.5 və ya ekvivalent sertifikat
  • DİM balı və bakalavr təhsilini bitirməsi ilə bağlı arayış şərti qəbuldan sonra əlavə olunacaq.

Qeydiyyat

Buraya daxil olun

Əlaqə:

Nizami küç. 183, Baku (Azərbaycan-Fransız Universiteti)

Tel: (+994 12) 599 00 72

E-mail: admissions@ufaz.az