Qeydiyyat üçün sənədlər

Yeni qəbul olunan tələbələr qeydiyyat prosesini tamamlamaq üçün tələb olunan aşağıdakı sənədləri UFAZ-ın tədris binasına gətirməlidirlər:

  • Şəxsiyyət vəsiqəsinin 2 surəti;
  • Elektron attestatın notarial təsdiq olunmuş surəti və ya məktəbdən məzun olmaq barədə arayış;
  • DİM imtahan nəticəsi haqqında çıxarış;
  • Tərcümeyi-hal (2 nüsxə);
  • 4 ədəd 3x4 şəkil;
  • Tibbi arayış (2 nüsxə);
  • Məcburi köçkün, müharibə əlili övladı, valideyn himayəsindən məhrum olmuş və şəhid ailələrindən olan uşaqların statusunu təsdiq edən sənədlərin surəti;
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlan namizədlər üçün).