Bakalavr proqramına qəbul

Azərbaycan-Fransız Universiteti (UFAZ) 2025/2026 tədris ili üçün beynəlxalq tələbələr* arasında aşağıdakı ixtisaslar üzrə qəbul elan edir:

  • Kimya mühəndisliyi (ödənişli əsaslarla)**
  • Geofizika mühəndisliyi (ödənişli əsaslarla)**
  • Kompüter elmləri (ödənişli əsaslarla)**
  • Neft və qaz mühəndisliyi (ödənişli əsaslarla)**

Hər bir ixtisas üzrə qəbul sayı mövcud yerlərə görə məhdud olacaq.
UFAZ-a ödənişli əsaslarla Foundation Year (FY) proqramı və ya birbaşa I kurs (Y1) üzrə müraciət etmək istəyən beynəlxalq tələbələr üçün:

  1. UFAZ qəbul PDF formasını buradan yükləyin. link
  2. Formanı və tələb olunan sənədləri admissions@ufaz.az elektron poçtuna göndərin.

*Beynəlxalq tələbələrə Azərbaycan vətəndaşı olmayan namizədlər daxildir.
**Təhsil haqqı 2025/2026 tədris ili üçün ildə 4000 ABŞ dolları müəyyən edilib.

Seçim prosesi

Qeydiyyatdan sonra təsdiq almış namizədlər ingilis dilində çoxsəviyyəli sual-cavab (MCQ) imtahanını verməlidirlər. Proses tamamilə elmi biliklərə əsaslanacaq.
Seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq və imtahanın tarixi və yeri barədə məlumat veriləcək.
Uğurlu namizədlər ilə 15 dəqiqəlik fərdi müsahibə aparılacaq, bu müsahibə Bakıda, əgər mümkündürsə, üz-üzə və ya videokonfrans vasitəsilə (Skype tövsiyə olunur) baş tutacaq.
Hər bir müraciət Strasburq Universiteti və UFAZ mütəxəssisləri tərəfindən ayrı-ayrılıqda analiz ediləcək.


UFAZ-ın beynəlxalq tələbələri Bakının mərkəzində yerləşən yeni UNIVERIUM tələbə yataqxanasının imkanlarından istifadə edə bilərlər.
Həmçinin, universitetin idarəsi tərəfindən miqrasiya məsələlərində dəstək göstəriləcək.

Yerində qeydiyyat, imtahan və məsləhətlər üçün ünvan:

183 Nizami küç., Bakı (Azərbaycan-Fransız Universiteti)
+(994) 12 599 00 72
E-poçt: admissions@ufaz.az