Bakalavr proqramına qəbul

Yalnız Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş 1-ci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan ən az 450 və daha çox bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunmuş UFAZ-ın daxili qəbul imtahanında iştirak edə bilərlər.

UFAZ-a qəbul imtahanı həm azərbaycan, həm də rus dillərində aparılır ki, bu da hər iki dil sektoru üzrə abituriyentlərin imtahanda iştirak etməsinə şərait yaradır.

UFAZ-a qəbul imtahanı test suallarından ibarətdir və aşağıdakı mövzuları əhatə edir:

  • Fizika (10 sual);
  • Kimya (10 sual);
  • Riyaziyyat (10 sual);
  • Ümumi elmi biliklər (10 sual);
  • İngilis dili.

İmtahan nəticələrinin sıralamaları zamanı Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda toplanılmış nəticələr deyil yalnız UFAZ-a qəbul imtahanının nəticələri nəzərə alınır ki, bunlar da Strasburq və Renn universitetlərinin ekspertlərinin nəzarəti altında xüsusi komissiya tərəfindən elan olunur.

Bakalavr proqramı üçün ümumilikdə 160 yer ayrılıb və bütün yerlər ödənişsizdir.

UFAZ-a qəbul imtahanından keçmiş lakin qəbul olunmamış abituriyentlər Azərbaycanda fəaliyyət göstərən digər ali təhsil müəssisələrinə müraciət edə bilərlər.