Bakalavr proqramına qəbul

Azərbaycan-Fransız Universiteti (UFAZ) 2026-2027-ci tədris ili üçün beynəlxalq tələbələr* arasında aşağıdakı ixtisaslar üzrə qəbul elan edir:

  • Kimya mühəndisliyi (ödənişli əsaslarla)**
  • Geologiya və geofizika mühəndisliyi (ödənişli əsaslarla)**
  • Kompüter elmləri (ödənişli əsaslarla)**
  • Neft və qaz mühəndisliyi (ödənişli əsaslarla)**
  • Kimya (ödənişli əsaslarla)**

Hər bir ixtisas üzrə qəbul sayı mövcud yerlərə görə məhdud olacaq. UFAZ-a ödənişli əsaslarla “Foundation Year” (FY) proqramı və ya birbaşa I kurs (Y1) üzrə müraciət etmək istəyən beynəlxalq tələbələr PDF formasını yükləməli, formanı və tələb olunan sənədləri admissions@ufaz.az elektron poçtuna göndərməlidirlər.

*Beynəlxalq tələbələrə Azərbaycan vətəndaşı olmayan namizədlər daxildir.

**Təhsil haqqı 2026-2027-ci tədris ili üçün ildə 4000 ABŞ dolları müəyyən edilib.

Seçim prosesi

Qeydiyyatdan sonra təsdiq almış namizədlər ingilis dilində və elmi biliklərə əsaslanan çoxsəviyyəli sual-cavab (MCQ) imtahanını verməlidirlər. Seçimdən keçən namizədlərlə əlaqə saxlanılır, imtahanın tarixi və yeri barəsində məlumat verilir. Uğurlu namizədlərlə üzbəüz və ya videobağlantı formatında 15 dəqiqəlik fərdi müsahibə aparılır. Hər bir müraciət UNISTRA və UFAZ mütəxəssisləri tərəfindən analiz edilir.

UFAZ-ın beynəlxalq tələbələri Bakının mərkəzində yerləşən yeni UNIVERIUM tələbə yataqxanasının imkanlarından istifadə edə bilərlər. Həmçinin, universitet rəhbərliyi tərəfindən miqrasiya məsələlərində dəstək göstərilir.