Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yaradılması tarixi neft hasilatının inkişaf etdiyi 1887-ci ilə təsadüf edir. Əvvəlcə texniki məktəb kimi fəaliyyətə başlayan təhsil müəssisəsinin əsasında 1920-ci ildə Politexnik İnstitutu yaradılıb. Mövcud olduğu 100 ildən artıq müddətdə ADNSU müxtəlif adlar altında fəaliyyət göstərib. Onlardan ən tanınmışı Azərbaycan Sənaye İnstitutu (ASİ) olub.
Ali təhsil müəssisəsi dünyanın 100-dən çox ölkəsi üçün 100 000-dən artıq yüksək ixtisaslı peşəkar kadr yetişdirib. Universitetin parlaq tarixində yeni bir səhifə açmaq məqsədilə 2015-ci ildə adı dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti olub.
ADNSU-nun əsas məqsədi insan kapitalına töhfə vermək, iqtisadiyyatın və sənayenin sürətlə inkişaf etdiyi bir dövrdə yerli və xarici əmək bazarında yüksək potensiala sahib peşəkarlar yetişdirmək, elm, təhsil, tədqiqat, yenilik və istehsalın məhsuldar vəhdətinə nail olmaqdır.
ADNSU, həmçinin, tanınmış “Nobel” laureatı, fizika sahəsində bu mütərəqqi mükafata layiq görülmüş Lev Landaunun təhsil aldığı universitet kimi də məşhurdur. Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və dünyaca məşhur bir sıra şəxslər də burada təhsil alıb.
Əlaqə
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azadlıq prospekti 20, AZ1010, Bakı
Tel.: (+994 12) 493 45 57