Renn Universiteti

universite_rennes_1

Renn universitetinin yaranma tarixi 5 əsr öncəyə söykənir. Bu universitet 1461-ci ildə Bretan hersoqu II Fransua tərəfindən Nantda yaradılmış regionun ilk universitetinin varisi sayılır və Fransanın ən qabaqcıl 12 universiteti sırasındadır. Davam etməkdə olan beynəlxalq proqramlar və elmi əməkdaşlıqlar universitetə önəmli nailiyyətlər qazanmaq imkanı vermişdir. Burada ingilis dilində tədris edilən 11 proqram (magistratura dərəcələri), beynəlxalq partnyorlarla ikili diplom proqramları, qiyabi təlim sessiyaları və iyirmiyə yaxın Beynəlxalq Laboratoriya Assosiasiyalarını əhatə edən elmi əməkdaşlıqlar mövcuddur. Ən ali məqsəd tələbələrə və tədqiqatçılara geniş və qlobal şəbəkə ilə əlaqədə olmaq imkanı yaratmaqdır. Renn Universiteti tədqiqatlar və təlimlər sahəsində 155-dən çox ikili beynəlxalq partnyorluğa sahibdir. Bu universitet çoxşaxəli olması ilə bərabər öz dinamik tədqiqat mühiti və əldə etdiyi çoxsaylı nailiyyətlərinə görə tanınır.

ƏLAQƏ

Université de Rennes, 2 rue du Thabor CS 46510 35065 Rennes cedex

Tel: +33 (0)2 23 23 35 35

www.univ-rennes1.fr