ADNSU

ADNSU building

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yaradılması tarixi neft hasilatının inkişaf etdiyi 1887-ci ilə təsadüf edir. ADNSU ilk olararq texniki məktəb şəklində fəaliyyətə başlamışdır. 1920-ci ildə bu məktəb əsasında Politexnik İnstitutu yaradıldı. Mövcud olduğu 100 ildən çox dövrdə ADNSU müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Onlardan ən tanınmışı Azərbaycan Sənaye İnstitutu (ASİ) olmuşdur. Öz tarixi ərzində bu universitet dünyanın 100-dən çox ölkəsi üçün 100,000-dən çox yüksək ixtisaslı peşəkar kadr yetişdirmişdir. Universitetin parlaq tarixində yeni bir səhifə açmaq məqsədilə 2015-ci ildə adı dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti olmuşdur. ADNSU-nun əsas məqsədi insan kapitalına töhfə vermək, iqtisadiyyatın və sənayenin sürətlə inkişaf etdiyi bir dövrdə yerli və xarici əmək bazarında yüksək potensiala sahib peşəkarlar yetişdirmək, elm, təhsil, yenilik və istehsalın məhsuldar vəhdətinə nail olmaqdır. ADNSU, həmçinin tanınmış Nobel laureatı, fizika sahəsində bu mütərəqqi mükafata nail olmuş Lev Landaunun təhsil aldığı universitet kimi də məşhurdur. Azərbaycanın ümummilli lideri, Heydər Əliyev, və dünyanın bir sıra məşhur şəxsləri də bu universitetdə təhsil almışdır.

Əlaqə

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azadlıq prospekti 20 AZ1010 Bakı

Tel.: (+994 12) 493 45 57

www.asoiu.edu.az