Akademik heyət

Əsas müəllim heyəti

UFAZ Universiteti Strasburq Universiteti ilə əməkdaşlıq şəraitində seçilmiş azərbaycanlı və fransız müəllimlərdən ibarət yüksək ixtisaslı beynəlxalq akademik heyətə malikdir. Bütün dərslər ingilis dilində keçirilir.

4 illik təhsil müddəti ərzində dərslərin:

  • 50 faizi Strasburq və ya Renn 1 universitetlərindən dəvət olunmuş müəllimlər tərəfindən;
  • digər 50 faizi isə Strasburq Universiteti ilə əməkdaşlıq şəraitində seçilmiş yüksək ixtisaslı azərbaycanlı müəllimlər tərəfindən tədris olunur.

Daimi əsasda çalışan fransız müəllimlər

UFAZ-ın Fransadan dəvət olunmuş, daimi olaraq Bakıda işləyən müəllimlər texniki fənləri (kompüter elmləri, riyaziyyat, fizika və kimya) tədris edirlər.

Onlar yerli müəllimlərlə sıx əməkdaşlıq edirlər və daha çox təhsilin ilk 2 ili ərzində keçilən kurslara fokuslanırlar.

Daimi əsasda çalışan azərbaycanlı müəllimlər

UFAZ-da çalışan Azərbaycanlı müəllimlər Strasburq Universiteti ilə əməkdaşlıq şəraitində müfəssəl seçim əsasında müəyyən edilirlər.

Onların elmi-akademik nailiyyətlərinə, ingilis dili biliklərinə və xarici universitetlərdə təcrübələrinin olmasına xüsusi önəm verilir. UFAZ-ın pedaqoji komandası yüksək ixtisaslı müəllimlərdən ibarət dinamik və açıq bir mühitdir.

Dəvət olunan müəllimlər

UFAZ-a tədris üçün Strasburq və ya Renn 1 universitetlərində özlərini isbat etmiş fransız professorlar dəvət olunur. Onlar üç illik bakalavr təhsili boyunca hər həftə azərbaycanlı tələbələrlə öz biliklərini və bacarıqlarını bölüşürlər.

Bu yolla UFAZ tələbələri Fransa universitetinin tələbələri ilə bərabər şərtlər və müəllimlərlə təmin olunurlar. Bu həftəlik görüşlər UFAZ tələbələrinin Strasburq və Renn 1 universitetlərinin tələblərinə cavab verəcək şəkildə yetişmələrini təmin edir.