Universitet İnkişaf Şurası

UFAZ-da Universitet İnkişaf Şurasının ümumi strukturu

Məqsədlər

Fransa qanununvericiliyi hər bir ali təhsil müəssisəsində Universitet İnkişaf Şurasının olmasını tələb edir. Bir neçə il əvvəl Strasburq Universiteti bu qanunu tətbiq etməyə başlayıb. Bu cür şuralar bakalavr və magistr dərəcələrinin sosial, peşəkar və iqtisadi mühitlərdəki dəyişikliklərlə ayaqlaşan inkişafını təmin edir. 2023-cü ildən UFAZ-da Universitet İnkişaf Şurası fəaliyyət göstərir.

Praktikada belə şuralar aşağıdakı məsələləri əhatə edir:

  • Elmi bilik, bacarıq və peşəkar inteqrasiya baxımından ixtisasların hazırlanmasının məqsədləri;
  • Mövcud və zəruri hallarda planlaşdırılan təlim kurslarının uyğunluğu;
  • Tələbələrin və sosial-peşəkar tərəfdaşların ehtiyaclarının təkamülü;
  • Proqramın yuxarı, aşağı və orta səviyyəli proqramlara uyğun yerləşdirilməsi;
  • Tədris metodlarının cəmiyyətin müxtəlifliyinə uyğunlaşdırılması;
  • Kursların ardıcıllığı və təşkili;
  • Təlim proqramlarının təkmilləşdirilməsi üçün əvvəlki illərdə görülmüş tədbirləri.

Bunun üçün İnkişaf Şurasının sərəncamında aşağıdakı məlumatlar ola bilər:

  • Son 5 ildə qəbul üçün müraciətlərin sayı;
  • İmtahanda iştirak faizi;
  • İllər üzrə müvəfəqiyyət faizi;
  • İl ərzində diplom əldə edə bilən tələbələrin nisbəti (bakalavrlar üçün 4, magistrlər üçün 2 il);
  • Əcnəbi tələbələrin sayı;
  • Xarici univeristetlərdə təhsilini davam edən tələbələrin sayı;
  • Məzun olan tələbələrin faizi;
  • Kursun qiymətləndirilməsinin nəticələri;
  • Kurslarda tələbə qiymətləndirilməsinin həyata keçirilməsi (kurs üzrə nəticələr deyil, qiymətləndirilən kursların faizi);
  • Məzunlar haqqında məlumat (davam edən təhsil/peşəkar inteqrasiya), məzun olduqdan 6, 18 və 30 ay sonra.

İnkişaf Şurası iclaslarının hesabatları həm UFAZ-ın akademik komitəsinə, həm də Unistra-da müvafiq ixtisaslar üzrə inkişaf şuralarına göndərilir.

Tərkibi

UFAZ-ın üç təlim proqramının inkişaf şuralarının hər biri aşağıdakı tərkibdə olacaq:

  • Hər sahə üzrə proqram menecerləri (Bakalavr və Magistr);
  • Hər sahənin yerli koordinatorları;
  • Müəllimlərin üç nümayəndəsi (intizam sahələrinin adekvat balansını təmin etmək üçün);
  • UFAZ Tədris Departamentinin nümayəndəsi;
  • Təlimdə olan tələbələrin nümayəndələri (ümumi 4, bakalavr və magistr arasında bölünəcək);
  • İki məzun;
  • 3-4 sənaye nümayəndəsi;
  • Təkliflərin Unistra-nın tələblərinə cavab verməsini təmin etmək üçün kənar sahədən olan UFAZ əməliyyat meneceri;
  • ADNSU-dan 1 nümayəndə;

İclasların tezliyi

Şuralar ildə bir dəfə toplanır.

UFAZ-da 3 inkişaf şurası yaradılıb və onların ilk iclasları 2022/2023-cü tədris ilinin sonunda keçirilib:

31 Mayda Kompüter Elmləri üzrə İnkişaf Şurası:

İclasda 21 iştirakçı iştirak edib (UFAZ-a dəvət olunmuş müəllimlər, yerli müəllimlər və proqram koordinatorları; 2 şirkətin nümayəndələri: Azercell və Azərkosmos, ADNSU-dan 1 nümayəndə)

31 Mayda Kimya Mühəndisliyi üzrə İnkişaf Şurası:

İclasda 23 iştirakçı iştirak edib (UFAZ-a dəvət olunmuş müəllimlər, yerli müəllimlər və proqram koordinatorları; 2 şirkətin nümayəndələri: Socar Downstream və Socar Polymer)

İyunun 1-də Yer Elmləri üzrə İnkişaf Şurası:

İclasda 15 iştirakçı iştirak edib (UFAZ-a dəvət olunmuş müəllimlər, yerli müəllimlər və proqram koordinatorları; 2 şirkətin nümayəndələri: Azərkosmos və EiLink)