Strasburq Universiteti

Strasbourg_University building

Strasburq Universitetinin (Unistra) əsası XVI əsrdə yaşamış protestant alim Johannes Sturm tərəfindən qoyulmuşdur. İllər keçdikcə bu gimnaziya uğurlu şəkildə inkişaf etmiş, əvvəlcə akademiya, sonra universitet, və nəhayət 1631-ci ildə Krallıq Universiteti olmuşdur. Unistra bu uğura kitabxana və institutların yaradılması, tanınmış alimlərlə əməkdaşlıq və akademik istiqamətlərin şaxələndirilməsi yolu ilə nail olmuşdur. Bu gün Strasburq Universiteti Paris Universitetinden sonra ən çox ölkədən tələbə qəbul edən universitetdir. 42000 tələbəyə sahib olan bu universitet bir çox istiqamətlərdə ilkin və daha yuxarı dərəcədə təhsil təklif edir və elmi araşdırmalar sahəsində ən önəmli beynəlxalq iştirakçılardan biridir. Strasburq Universiteti elmi, mədəni və professional yönümlü ictimai ali təhsil müəssisəsidir. Bura müxtəlif istiqamətlərdə olan təhsil departamentləri, mərkəzi xidmətlər və seçki yolu ilə müəyyənləşən prezidentin başçılıq etdiyi idarəçilik orqanı daxildir. Universitetin əsas məqsədi dünyanın ən yaxşıları sırasında yer almaqdır. Unistra 73 tədqiqat bölməsinə və çoxsaylı istiqamətləri əhatə edən 6 tədqiqat federasiyasına sahibdir. Bütün araşdırma vahidləri universitetin 10 doktorantura məktəbindən birinə daxildir. Strasburq Universiteti eyni zamanda hazırda Kimya və Fizika üzrə Nobel laureatlarının dərs dediyi universitetdir.

ƏLAQƏ

Strasburq Universiteti, 4 rue Blaise Pascal CS 90032 F-67081 Strasbourg cedex 

Tel: +33 (0)3 68 85 00 00  

https://www.unistra.fr/