Missiya, Vizyon və Dəyərlər

UFAZ-ın missiyası:

  • Azərbaycanda beynəlxalq səviyyəli və regional nüfuzlu elmi bazası olan universitet yaratmaq;
  • Azərbaycanda ali təhsil islahatını dəstəkləmək məqsədilə Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlıq yaratmaq və inkişaf etdirmək;
  • Elmi təcrübə və layihə işi ilə təlimə əsaslanan təhsil proqramları təqdim etmək;
  • Azərbaycanın sosial-iqtisadi inkişafı üçün iş dünyası ilə birlikdə elm-texnologiya sahələrində ingilis və fransız dilli insan resurslarının hazırlanması.

UFAZ-ın vizyonu:

UFAZ-ın vizyonu yerli və xarici tələbələrə aşağıdakıları təklif etməkdir:

  • Yüksək səviyyəli təlimlər;
  • Elmi və texnoloji məsələləri anlamaq üçün zəruri olan əsas konsepsiyaların mənimsənilməsinə imkan verən təhsil proqramları;
  • Problem həll etmə, təcrübə və araşdırmaya əsaslanan tədris metodları
  • Araşdırma və təcrübə ilə zəngin elmi ətraf mühit.

UFAZ-ın dəyərləri:

Maraq və tənqidi düşüncə: pedaqoji və tədqiqat fəaliyyətimiz maraq və tənqidi düşüncə prinsiplərinə əsaslanır. Bu da məsələlərə dolğun və yenilikçi baxış bucağından yanaşmağa və yeni imkanlar yaratmağa imkan verir.

Komanda işi: Universitetin daxilində və xaricində olmasından asılı olmayaraq insanları hər vəchlə birlikdə işləməyə səy göstərərək, əməkdaşlığa və komandada çalışmağa dəyər veririk. İnanırıq ki, heç kim tək olduqda istənilən təsiri yarada bilməz. Buna görə də, əlaqələr qurmaq və birlikdə işləmək bizi və bütün tərəfdaşlarımızı gücləndirəcək.

Nəticəyə əsaslanmaq: tələbələrin səriştələri və onların gələcəkdə işə düzəlmə perspektivləri baxımından nəticələrə ciddi diqqət yetirərək hər işimizə yüksək dərəcədə sadiq qalırıq.