UFAZ-ın idarə edilməsi
Rəhbər Komitə
Rəhbər Komitə ən ali idarəedici heyət olub UFAZ-a dair gündəlikdə duran bütün məsələlərin həllini həyata keçirir. Aşağıdakı məsələlərin həlli birbaşa olaraq bu Komitənin səlahiyyətlərinə daxildir:
- UFAZ-ın strateji məqsədləri və fəaliyyət istiqamətləri barədə olan qərarlar;
- İllik büdcənin təsdiqi;
- UFAZ-ın nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi və icrasına nəzarət;
- UFAZ-ın daxili idarəçilik qaydalarının təsdiqi və s.
Rəhbər Komitə öz illik görüşünü Bakı və ya Strasburqda keçirir və 5 bərabər səs hüququna malik üzvdən ibarətdir:
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru;
- Strasburq Universitetinin prezidenti;
- Fransanın Xarici İşlər Nazirliyinin nümayəndəsi;
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndələri.
Pedoqoji Komitə
Pedoqoji Komitə akademik məsələlər və tədris prosesinə məsul olan icraedici orqandır. Komitəyə hər proqram üçün diplom verən universitetlərdən bir nəfər nümayəndə daxildir (Unistra, ADNSU, və UFAZ daxilində akademik təlim keçən hər hansı bir başqa universitet).
Pedoqoji Komitə aşağıdakı məsələlə görə cavabdehdir:
- Pedaqoji məsələlər: təhsil modeli və proqramı, proqramların məzmunu, tapşırıqlar, namizədlərin seçilməsi, təqaüdlərin verilməsi;
- Akademik fəaliyyətə dair inzibati məsələlər: tələbələrin qəbulu və idarə edilməsi ilə bağlı qaydalar, tələbələrlə iş üzrə əlaqələr, akademik işlərin planlaşdırılması;
- Akademik heyət: Fransadan olan daimi müəllimlərin seçilməsi, dəvət edilmiş müəllimlərin missiyalarının planlaşdırılması, ADNSU ilə əməkdaşlıq çərçivəsində Azərbaycanlı müəllimlərin seçilməsi, və s.
Pedoqoji Komitə bütün Pedaqoji və Akademik fəaliyyətə dair inzibati məsələləri müzakirə etmək üçün ildə iki dəfə Bakıda və Strasburqda toplanır.