Fizika Mühəndisliyi

Programın məqsədləri

Fizika mühəndisliyi üzrə bakalavrı proqramının məqsədi tələbələrə mühəndislik elmlərinin elektronika, mexanika və mexatronika sahələrində təhsilini (nəzəri və praktiki) təmin etməkdir. Bunlara mexaniki dizayn, maye və material fizikası, analoq və rəqəmsal elektronika, avtomatlaşdırma, elektrik enerjisi və elektrik mühəndisliyi, məlumat emalı və proqram mühəndisliyi daxildir.

Gələcək məzunlarımızdan gözlənilən xüsusiyyətlər açıq fikirlilik, tənqidi düşüncə, sosial zəka və komanda ruhu, motivasiya, müstəqillik və özünəinamdır. Tələbələr tənqidi düşüncə və maraqları sayəsində problemlərə həll yolları təklif etməyi öyrənəcəklər. Onlar həm müstəqil olaraq, həm komanda ilə işləyə biləcəklər. Açıq fikirlilik və özünəinamları onlara yaranan fürsətlərdən yararlanmağa və yeni inkişaflara uyğunlaşmağa imkan verəcək.

Bilik və bacarıqlar

Proqramı bitirən tələbələr aşağıdakı bacarıqlara yiyələnəcəklər:

Fundamental bacarıqlar

  • Fizikanın əsas konsepsiyalarını izah edə bilmək, vahidlərlə işləmək;
  • Fizika və mühəndislik sahələrində problemləri riyazi formada formalaşdırmaq və həll etmək

İxtisasla əlaqəli bacarıqlar

  • Fiziki kəmiyyəti ölçmək və modelin nəticələrini müqayisə etmək
  • kompüter və rəqəmsal mühəndislik vasitələrindən istifadə etmək
  • dizayn, ölçü və model:

- elektron sistemlər

- mexaniki sistemlər

- elektromexaniki sistemlər

Fənlərarası bacarıqlar

Məlumat axtarışı və tənqidi təhlil etmək

Müstəqil və qrup şəklində iş təşkil etmək və planlaşdırmaq

Hədəf auditoriyasına uyğun dil istifadə edərək, şifahi və yazılı, aydın və qısa şəkildə ünsiyyət qurmaq

Güclü tərəflər

Bakalavr proqramının əsas güclü tərəfi dərslər, seminarlar və praktiki işlərlə yanaşı mühüm fənlərarası təlimlərə (kimya, kompüter elmləri, yumşaq bacarıqlar) əsaslanır.

Nəticələr

Proqramı bitirən tələbələr aşağıdakı sahələrdə bacarıqlara yiyələnəcəklər:

Ümumi fizika (maye mexanikası, bərk cisim mexanikası, elektromaqnetizm, termodinamika, optika)

Riyaziyyat (elementar analiz, sonlu ölçülü cəbr, kompleks funksiyalar, Furye analizi)

Əsas kimya

Kompüter elmləri (proqramlaşdırma, süni intellekt)

Dillər (İngilis və Fransız)

Yumşaq bacarıqlar (elmi yazı, CV, idarəetmə)

Karyera İmkanları

Proqram Azərbaycanda, Strasburq Universitetində və ya digər xarici universitetlərdə magistr proqramlarında maye mexanikası, bərk cisim mexanikası, material fizikası və ya mexatronika sahələri üzrə təhsilini davam etdirmək istəyən tələbələri zəruri biliklərlə təmin edəcək.

Bundan əlavə, kurs boyu istifadə edilən tədris metodları (çoxlu praktiki işlər, layihələr, təcrübələr) tələbələrə iş dünyasında yararlanıla biləcək bacarıqlar qazandırır və beləliklə, külək və günəş enerjisi sənayesində aşağıdakı peşələr üzrə peşəkarlar yetişdirməyi hədəfləyir:

- Texniki tədqiqat meneceri (sənaye tədqiqatı və inkişafı);

- Elmi və fundamental tədqiqat meneceri;

- İstehsalata nəzarət üzrə texniki meneceri - fiziki ölçmələr üzrə texniki menecer;

- Tədris və təlim peşələri

KURİKULUM