Əcnəbi tələbələr

Beynəlxalq tələbələr Azərbaycan-Fransız Universitetində (UFAZ) həm bakalavr, həm də magistratura səviyyələrində təhsil almaq hüququna malikdirlər. Onlar üçün təhsil ödənişli əsaslarla təşkil olunur və bu məbləğ proqram səviyyəsindən asılı olaraq dəyişir: bakalavr pilləsi üzrə illik təhsil haqqı 4 000 ABŞ dolları, magistratura pilləsi üzrə isə 5 000 ABŞ dolları təşkil edir.

Beynəlxalq tələbələrin qeydiyyatı zamanı onların ingilis dili bilikləri diqqətlə yoxlanılır. Hər bir müraciət UNISTRA və UFAZ-ın mütəxəssisləri tərəfindən hərtərəfli analiz olunur, tələbənin akademik hazırlığı, motivasiyası və proqramın tələblərinə uyğunluğu qiymətləndirilir.

UFAZ-da təhsil almağı planlaşdıran əcnəbi tələbələr aşağıdakı formaları yükləyərək məlumatlarını yerləşdirə və müraciət edə bilərlər.

Bakalavr ixtisaslarında təxsil almaq istəyənlər formanı yükləyə bilərlər: PDF

Magistratura ixtisaslarında təxsil almaq istəyənlər formanı yükləyə bilərlər: PDF