Renn Universiteti

universite_rennes_1

Renn Universiteti təxminən 5 əsr öncə yaradılıb. O, 1461-ci ildə Bretan hersoqu 2-ci Fransua tərəfindən Nant şəhərində yaradılmış, regionun ilk universitetinin varisi sayılır.

Fransanın ən qabaqcıl 12 universiteti arasında yer alan bu ali təhsil müəssisəsi beynəlxalq proqramlar və elmi əməkdaşlıqlar vasitəsilə əhəmiyyətli nailiyyətlər qazanıb.

Burada ingilis dilində tədris olunan 11 magistratura ixtisası, beynəlxalq tərəfdaşlarla ikili diplom proqramları, qiyabi təlim sessiyaları və 20-dək Beynəlxalq Laboratoriya Assosiasiyası ilə elmi əməkdaşlıqlar mövcuddur. Renn Universiteti tədqiqat və təlimlər üzrə 150-dən çox ikili beynəlxalq partnyorluğa malikdir.

Universitetin ən ali məqsədi tələbə və tədqiqatçılara qlobal səpkidə şəbəkələşmə imkanı yaratmaqdır.

Əlaqə

Université de Rennes, 2 Rue du Thabor, CS 46510, 35065 Rennes Cedex

Tel.: +33 (0)2 23 23 35 35

www.univ-rennes1.fr