Strasburq Universiteti (UNISTRA)
Strasburq Universitetinin (UNISTRA) əsası 16-cı əsrdə yaşamış protestant alim İohan Şturm tərəfindən qoyulmuşdur. İllər keçdikcə bu gimnaziya inkişaf etmiş, əvvəlcə akademiya, sonra universitet statusu qazanmış, 1631-ci ildə isə Krallıq Universitetinə çevrilmişdir. UNISTRA bu uğura kitabxana və institutların yaradılması, tanınmış alimlərlə əməkdaşlıq və akademik istiqamətlərin şaxələndirilməsi ilə nail olmuşdur.
Hazırda Strasburq Universiteti Paris Universitetindən sonra ən geniş beynəlmiləl tələbə kontingentinə malik ali təhsil müəssisəsidir. 42 000 tələbəyə sahib olan bu universitet bir çox istiqamətlərdə ilkin və daha yuxarı pillədə təhsil təklif edir.
Elmi tədqiqat sahəsində ən önəmli beynəlxalq iştirakçılardan biri olan Strasburq Universiteti müxtəlif istiqamətlərdə fəaliyyət göstərən təhsil departamentləri, mərkəzi xidmətlər və seçki yolu ilə müəyyənləşən prezidentin başçılıq etdiyi idarəçilik orqanından ibarətdir.
UNISTRA 73 tədqiqat bölməsinə, eyni zamanda 6 tədqiqat federasiyasına sahibdir. Bu araşdırma strukturları universitetin 10 doktorantura məktəbindən birinə daxildir. Kimya və fizika elmləri üzrə “Nobel” laureatları bu ali təhsil müəssisəsində dərs keçirlər.
Əlaqə
Strasburq Universiteti, 4 Rue Blaise Pascal, CS 90032, F-67081 Strasbourg Cedex
Tel.: +33 (0)3 68 85 00 00
www.unistra.fr