Bakalavr ixtisasları

Azərbaycan-Fransız Universiteti (UFAZ) bakalavr səviyyəsində 5 ixtisas üzrə təhsil imkanı təqdim edir. Bu ixtisasların hər biri dövlət sifarişi əsasında (ödənişsiz) və əyani formada tədris olunur. Tələbələrə müasir elmi bilikləri, praktik bacarıqları və beynəlxalq standartlara uyğun mühəndislik təhsilini əldə etmək imkanı yaradır.

Hər bir ixtisas proqramı üzrə kurrikulum, tədrisin məqsədləri, təqdim olunan bilik və bacarıqlar, eləcə də karyera perspektivləri, peşəkar inkişaf imkanları və proqramın sonunda gözlənilən nəticələr haqqında ətraflı məlumatla tanış olmaq üçün aşağıdakı keçidlərə daxil ola bilərsiniz.

Əlavə olaraq, bu proqramlar tələbələrə Fransanın aparıcı universitetlərinin professorları ilə birgə dərslərdə iştirak etmək, sənaye müəssisələrində təcrübə keçmək və beynəlxalq akademik mühitdə biliklərini genişləndirmək imkanı yaradır.